“O, bilərəkdən Bakıya müşahidəçi göndərmir” - MSK sədri

“O, bilərəkdən Bakıya müşahidəçi göndərmir” - MSK sədri
  21 Oktyabr 2015    Oxunub:2641
Mixael Link müşahidəçi kimi gedəcək nümayənədə heyətinə də təsir edib

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycana parlament seçkiləri ilə bağlı müşahidəçi göndərməkdən imtina etməsi qanun pozuntusudur”.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov regionların seçki komissiyalarının sədrləri ilə keçirilən ümumrusiya müşavirəsində bildirib. Onun sözlərinə görə, Büroya yeni direktor seçiləndən sonra qurumla bir sıra dövlətlər arasında mövcud olan münasibətlərdə gərginlik yaranıb:

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Mixael Link direktorluq etdikdən sonra bir sıra dövlətlərlə bu institut arasında soyuq münasibətlər yaranıb. Link qurumun Azərbaycandakı parlament seçkilərinə müşahidəçi missiyası göndərməmək haqda qərarı şəxsən özü verib və müşahidəçi kimi gedəcək nümayəndə heyətinə də bununla bağlı təsir edib. Bu isə ATƏT DTİHB direktorunun onun üzərinə qoyulan mandatın ciddi pozuntusudur”.

Azərbaycanda keçiriləcək parlament seçkilərində bir çox beynəlxalq təşkilatların müşahidəçilərinin olacağını diqqətə çatdıran MSK sədri: “Hesab edirəm ki, bu insident Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə bir sıra ölkələrin münasibətlərinə ciddi təsir edəcək” - deyə əlavə edib.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti