Evdən qaçan erməni “vor-zakon” tutuldu

Evdən qaçan erməni “vor-zakon” tutuldu
  21 Oktyabr 2015    Oxunub:3089
Moskva polisi ev dustaqlığından qaçan “Surik” ləqəbli erməni “vor-zakon”u həbs edib.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in Moskva üzrə İdarəsinin rəisi Andrey Qaliakberov bildirib.

“Bu gün hüquq-mühafizə orqanı əməkdaşları “SOBR” xüsusi təyinatlılarının dəstəyi ilə 39 yaşlı Özbəkistan vətəndaşına məxsus evdə özünü “vor-zakon” (Surik ləqəbli) adlandıran şəxsi saxlayıb”, - deyə polis rəsmisi bildirib.

Qeyd edək ki, daha əvvəl məhkəmə Surikin ev dustaqlığına məhkum edilməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra Cəzaların İcra olunması Federal Xidməti ona elektron bilərzik taxıb.

“Lakin vətəndaş bilərziyi qıraraq özbaşına qaldığı evi tərk edib. Hazırda onunla bağlı məhkəmə qərarı dəyişdirilərək həbs olunma ilə əvəzlənib”, - deyə Qaliakberov vurğulayıb.

“Prime Crime”-ın məlumatına görə, Əndicanda anadan olan, milliyətcə erməni Suren Tavadov Ded Hasanın şəxsi xeyr-duası nəticəsində 2005-ci ildə “vor-zakon” elan edilib. Digər kriminal avtoritetlərdən fərqli olaraq Surik imkanlı ailədə böyüyüb. Onun atası 1994-cü ildə öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti