İsveçrədə sağçılar qalib gəldi

İsveçrədə sağçılar qalib gəldi
  21 Oktyabr 2015    Oxunub:4601
İsveçrənin Avropada kifayət qədər tanınan sağ təmayüllü, eyni zamanda sərt anti-miqrant çıxışları ilə seçilən “Xalq Partiyası” səsvermə zamanı 29% səs toplayaraq, parlamentdə 11 millət vəkili yeri qazanıb.

Partiyanın rəhbəri Toni Brunner nəticədən çox məmnun olduqlarını bildirib: “Biz hökumət və digər siyasi partiyalardan fərqli olaraq “qaçqın problemi”nin həlli istiqamətlərini çox yaxşı bilirik. Vaxtındə müəyyən addımlar atılsa idi, hazırda belə böhranla qarşılaşmazdıq” – deyə partiya rəhbəri bildirib.

Güman olunur ki, “İsveçrə Xalq partiyası”na hökumət tərkibindəki 7 nazir postundan 2-si həvalə ediləcək. İsveçrə hökumət administrasiyasında adəta ən güclü partiyalar 1, ya 2 nazirlə təmsil ounurlar.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti