Putin Əsədə görə Ərdoğana zəng etdi
Onun sözlərinə görə, Putin Suriya prezidenti Bəşər Əsədlə görüşün yekunları barədə Ərdoğanı məlumatlandırıb.
“Tərəflər, həmçinin Suriyadakı mövcud vəziyyəti də müzakirə ediblər”.
Peskov qeyd edib ki, Suriya prezidenti Bəşər Əsəd ötən gün axşam saatlarında Rusiyaya səfər edib.
Məlumata əsasən Bəşər Əsəd Rusiya lideri Vladimir Putinlə Rusiyanın bu ölkədəki keçirdiyi hərbi əməliyyatları müzakirə ediblər. Görüşdə Rusiya Hərbi-Kosmik qüvvələrinin terrorçulara qarşı anti-terror əməliyyatlarının davam etdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, bu dörd il əvvəl Suriyada başlayan vətəndaş müharibəsindən bəri Suriya prezidenti Bəşər Əsədin ilk xarici səfəridir.
Eldar Tanrıverdiyev
AzVision.az