Rusiya Suriyada hər gün 4 milyon dollar xərcləyir
IHS Janes-in hesablamasına görə, sentyabrın 30-da başlayan bombardıman Kremlə 80-115 milyon dollara başa gəlib. Bura hərbi texnikanın daşınması, infrastruktur, personalın maaşı, həmçinin havadan bombardımanların xərci daxildir.
Hesablamaya görə, hərbi təyyarənin bir saatlıq uçuşu 12 min dollara, helkopterin uçuşu 3 min dollara başa gəlir. Hərbi təyyarələrin gündə orta hesabla 90 dəqiqə havada olduğu nəzərə alınsa, bu 710 min dollar xərc deməkdir. Gündəlik 750 min dollarlıq hərbi sursat sərf olunur.
Hesablamalara görə, Kreml hərbçilərin əmək haqqına gündəlik 440 min dollar ayırıb. Hərbi gəmilərin Aralıq dənizinə bir günlük çıxışı 200 min dollara başa gəlir. Logistika, kommunikasiya, kəşfiyyat bu xərcləri 250 min dollar artırır. Ruiyanın 2015-ci ildə hərbi büdcəsi 50 milyard dollar təşkil edir.