Məkkə faciəsi ilə bağlı daha bir Şok İddia

Məkkə faciəsi ilə bağlı daha bir Şok İddia
  22 Oktyabr 2015    Oxunub:5148
Sentyabrın 24-ü Məkkədə baş verən faciədə ölən zəvvarların sayı iki mini keçib.
Bu barədə AzVision.az “Euronews”-a istinadən xəbər verir.

Məlumata əsasan kanal bu rəqəmi dünyanın 34 ölkəsində ölənlərlə bağlı açıqlanan rəsmi rəqəmləri toplamaqla əldə edib. Bununla da, Mina dağındakı bu faciə bütün Həcc tarixində ən qanlı olay olub.

Hazırda Həcc ziyarəti zamanı itkin düşən şəxslərin axtarışı davam etdirilir. Bu işlə əsasən xeyriyyə təşkilatları məşğul olur. Bu faktlara baxmayaraq Səudiyyə Ərəbistanı faciə ilə bağlı heç bir yeni məlumat açıqlamayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc ziyarəti zamanı baş verən faciə zamanı 769 nəfərin öldüyünü bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti