`Əsədi istəməyənlər ondan tez gedəcək...` – Rusiya

`Əsədi istəməyənlər ondan tez gedəcək...` – Rusiya
  22 Oktyabr 2015    Oxunub:2629
“Suriya prezidenti Bəşər Əsədin hakimiyyətini devirmək istəyənlər, bilməlidirlər ki, onlar Əsəddən də tez hakimiyyətdən gedə bilərlər”
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının xarici məsələlər üzrə komitəsinin rəhbəri Aleksey Puşkov bildirib.

Rusiya rəsmisi Əsəd hakimiyyətinin devrilməsinin tərəfdarı olan Avstraliya baş naziri Toni Ebbot və onun kanadalı həmkarı Stiven Harperin vəzifədən getməsinə münasibət bildirərək qeyd edib ki, kimin vəzifədən gedəcəyini öncədən bilmək olmaz.

“Ebbot və Harper artıq tarixdir. Ola bilsin ki, Əsədin devriləcəyini gözləyən bir çox liderlər də ondan daha əvvəl hakimiyyətdən getsin. Tarixin ironiyası...”, - deyə Puşkov qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti