`Səninlə hesablaşacağıq!` - Bələdiyyə sədri hədələnir

`Səninlə hesablaşacağıq!` - Bələdiyyə sədri hədələnir
  23 Oktyabr 2015    Oxunub:1615
Almaniyanın Laypziq şəhər bələdiyyəsinin sədrinə qarşı neonasit qruplar tərəfindən hədə dolu xəbərdarlıq daxil olub.

AzVision.az “Spiegel Online” nəşrinə istinadən bildirir ki, onlar bələdiyyənin rəhbəri Burkhard Yungu miqrantlara kömək etməsindən dolayı ciddi hələdələyiblər.

Şəhərdə naməlum şəxslər tərəfindən konteynerlərin üzərinə yazılımış xəbərdarlıqların birində bələdiyyə rəhbərinə xitabən deyilir ki, “Yung, biz səninlə hesablaşacağıq”. Xəbərdarlıqlar arasında “Mühacirlərə yer yoxdur!” çağırışı da diqqət çəkib.

Faktı araşdıran alman polisinin bildirdiyinə görə, bu təhdidlər artıq Almaniyada bir çox siyasətçiyə qarşı yönəlib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti