Lukaşenko Yaqub Eyyubov və Xanlar Fətiyevi mükafatlandırdı

Lukaşenko Yaqub Eyyubov və Xanlar Fətiyevi mükafatlandırdı
  24 Oktyabr 2015    Oxunub:2732
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovu “Şərəf” ordeni ilə təltif edib. “Şərəf” ordeni ilə “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin müşahidə şurasının sədri Xanlar Fətiyev də təltif olunub.

Onlar bu yüksək mükafata Belarus və Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin möhkəmləndirilməsinə və inkişafına mühüm şəxsi töhfələrinə görə layiq görülüblər.

Belarus dövlətinin başçısı müvafiq fərmanları oktyabrın 22-də imzalayıb.


Teqlər:  





Xəbər lenti