Dünyanın ən varlı adamları - Bill Qeyts 2-ci oldu

Dünyanın ən varlı adamları - Bill Qeyts 2-ci oldu
  24 Oktyabr 2015    Oxunub:3429
İspaniyalı sahibkar, "Zara" mağazalar şəbəkəsinin qurucusu Amansio Orteqa "Microsoft"un qurucusu Bill Qeytsi keçərək palanetin ən varlı adamı olub.
"Report" RBK-ya istinadən xəbər verir ki, bu, "Forbes" jurnalının araşdırmasına əsasən müəyyən edilib.

Məlumata görə, onun var-dövləti 79,7 milyard dollardır. Xəbərə görə, son sutkada ispan iş adamının varidatı 5,2 faiz, yaxud 3,9 milyard dollar artıb.

Bill Qeyts oktyabrın 23-də 78,1 milyard dollarlıq var-dövləti ilə "Forbes"in reytinq siyahısında ikinci yeri tutub. Son sutkada onun varidatı isə 0,7 faiz və ya 572 milyon dollar artıb.

Qeyd edək ki, "Bloomberg" ("Bloomberg Billioners Index") agentliyinin reytinq siyahısına görə, Amansio Orteqa 75,7 milyard dollarlıq sərvətlə ikinci yerdədir. Bu siyahıda isə Bill Qeyts 83,8 milyard dollarlıq varidatı ilə birincidir.


Teqlər:





Xəbər lenti