Nazirin işsiz xanımı - pulu ərindən çoxdur

Nazirin işsiz xanımı - pulu ərindən çoxdur
  24 Oktyabr 2015    Oxunub:6295
Ermənistanın ərazilərin idarə olunması və fövqəladə hallar naziri Armen Eritsyanın xanımı Meri Eritsyan maddi imkanlarına görə öz ərindən varlıdır.
AzVision.az Ermənistanın “Johovurd” qəzetinə istinadən xəbər verir ki, bu məlumat hər iki şəxsin ötən ilin yekunlarına dair təqdim etdikləri gəlir deklarasiyasında göstərilib.

Belə ki, bəyannaməyə əsasən ötən il nazirin var-dövlətinin həcmi 24.5 milyon dram olub. Onun aylıq əmək haqqısı isə 514 min dram, İllik təqadünün həcmi isə 3 milyon 401 min dramdır.

Bəyannamədə qeyd olunub ki, nazirin həyat yoldaşının varidatı 90 milyon 80 min dramdır. Məlumatda vurğulanır ki, nazirin həyat yoldaşı heç yerdə işləmir.

`Ortaya belə bir sual çıxır. Nazirin arvadı işləməyə-işləməyə bu qədər vəsaitə necə sahib olub?`, - deyə qəzet yazıb.

Nəşr vurğulayır ki, nazir Eritsyan 2014-cü ilə dair təqdim etdiyi gəlir bəyannaməsində bir evinin və “Jeep Wrangler 2.51” markalı avtomobilinin olduğunu göstərib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti