`Ankara terrorunun arxasında 28 dövlət durur`

`Ankara terrorunun arxasında 28 dövlət durur`
  24 Oktyabr 2015    Oxunub:2492
“Ankarada törədilən terrorun arxasında 28 dövlət durur”.
AzVision.az bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri, Ədalət və İnkişaf Partiyasının Ankara üzrə millət vəkilliyinə namizədi Cəmil Çiçək bildirib. Onun sözlərinə görə, rəsmi Ankara təkcə PKK ilə mübarizə aparmır.

“Bizə “dostumuz və müttəfiqimiz” deyən bir sıra dövlətlər Türkiyədə törədilən terrorları dəstəkləyir. Ölkədə törədilən terrorun arxasında bəzən eyni qibləyə durduğumuz, bir ittifaqda olduğumuz beynəlxalq güclər durur. Odur ki, “Türkiyənin bu qədər əsgəri, bu qədər gücü var. Niyə bu terrorçuları məhv etmir?” kimi düşünmək səhvdir. Çünki, terrorçu PKK-nın arxasında 28 dövlət durur və köməklik edir. Türkiyə bu 28 dövlətə qarşı mübarizə aparır”.

C. Çiçək qeyd edib ki, bəzi dövlətlərin Türkiyəyə münasibəti ağ yalandan başqa heçnə deyil:“Türkiyə nə vaxt iqtisadi, siyasi cəhətdən önə doğru addımlayırsa, həmin dövlətlər terrordan istifadə edərək bizi geri atmağa çalışırlar. Çünki, terror dövlətə təsir etməyin və öz niyyətini gizlətməyin ən münasib vasitəsidir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti