Hillari Klinton 11 saat dindirildi

Hillari Klinton 11 saat dindirildi
  24 Oktyabr 2015    Oxunub:2853
ABŞ prezidentliyinə namizəd, keçmiş dövlət katibi Hillari Klinton ABŞ-ın Benqazidəki konsulluğuna hücumla bağlı dindirilib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Konqresda baş tutan dinləmə 11 saat davam edib. İddia edilir ki, keçmiş dövlət katibi Liviyada təhlükəsizlik tədbirlərinin gücləndirməsi ilə bağlı xidmət orqanlarının xahişlərinə əhəmiyyət verməyib və konsulluğa hücumun səbəbləri haqqında ictimaiyyətə yalan məlumat verib.



Öz növbəsində Benqazidəki hadisənin diqqətlə araşdırıldığını deyən xanım Klinton vurğulayıb ki, o, diplomatik nümayəndələrin təhlükəsizliyinə cavabdeh olmayıb. Onun işi yalnız təyinatlarla bağlı olub.

Qeyd edək ki, ABŞ-ın Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücum 11 sentyabr 2012-ci ildə olub. Hücum nəticəsində səfir Kristofer Stivens və ABŞ-ın daha üç vətəndaşı öldürülüb. Əvvəlcə hesab etdilər ki, hadisənin səbəbi müsəlman dünyasının hiddətinə səbəb olan “Müsəlmanların günahsızlığı” adlı film olub. Ancaq sonradan bildirildi ki, hadisə planlaşdırılmış terror hücumu idi.


Teqlər:





Xəbər lenti