Rusiya ilə Ukrayna arasında uçuşlar dayandırıldı

Rusiya ilə Ukrayna arasında uçuşlar dayandırıldı
  25 Oktyabr 2015    Oxunub:1796
Rusiya və Ukrayna arasında təyyarə uçuşları iki ölkə Moskvanın Ukraynanın şərqində separatçılara dəstəyi ilə əlaqədar sərnişin hava daşınmalarına sanksiyalar qoymasından sonra dayandırılacaq.

Keçən ay Kiyev "Aeroflot" və Rusiyanın başqa hava yolları şirkətlərinin uçuşlarına oktyabrın 25-dən başlayaraq qadağa qoyulacağını bildirib. Bu addım Rusiya hava yolları şirkətlərinin Krıma uçuşları ilə əlaqədar atıldığını deyilib.

Bununla yanaşı, hərbi texnika və personal daşıyan təyyarələrin də Ukrayna üzərində uçuşlarına qadağa qoyulub.

Kreml bu addım tənqid edərək öz növbəsində Rusiyanın hava hövzəsini Ukrayna təyyarələri üçün bazar günündən bağlayıb.

Bununla belə tərəflər uçuşlara qadağanın müzakirə edilməsinə hazırlıqlarını bildirib.

Ukraynanın infrastruktur naziri Andrey Pivovarov Brüsseldə Rusiyanın rəsmi nümayəndələri ilə danışıqların başladığını və müzakirələrin davam etdiriləcəyini bildirib.

Ukrayna Rusiyanı ölkənin şərqində separatçılara silah və hərbi personal göndərməkdə ittiham edir. 2014-cü ilin aprel ayından başlayan münaqişə nəticəsində təxminən 8 min insan həyatını itirib. Rusiya bu iddiaları rədd edir.


Teqlər:  





Xəbər lenti