İsveçrə polisi 1963-cü ilə qədər Hitleri axtarıb - ARXİV

İsveçrə polisi 1963-cü ilə qədər Hitleri axtarıb - ARXİV
  25 Oktyabr 2015    Oxunub:2416
İsveçrənın Adolf Hitlerin ölümünə inanmayan Zürix şəhər polisi 1963-ci ilə qədər Adolf Hitlerin axtarışı ilə məşğul olub.

AzVision.az İsveçrənin “Schweiz am Sonntag“ qəzetinə istinadən bildirir ki, III Reyx rəhbərinin 1934-cü ildə İsveçrədə olduğu vaxtdan sonra polis onun axtarışı işlərinə başlayıb. Qəzeti yazır ki, Hitler 1923-cü ildə də İsveçrədə olub və burada bir müddət oteldə qalıb.

Qəzet arxiv materiallarına əsasən yazır kı, Adolf Hitler 1923-cü ildə İsveçrəyə sırf maddi dəstək üçün gəlib, hətta 10 min frank dəyərində maliyyə toplamağa nail olub.

Hitlerin İsveçrəyə gəlib-getdiyini bilən polis onun axtarışını II Dünya Müharibəsi bitdikdən sonra da, ta 1963-cü ilə qədər davam etdirib.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti