Türkiyə ordusundan PKK-ya ağır zərbə

Türkiyə ordusundan PKK-ya ağır zərbə
  26 Oktyabr 2015    Oxunub:1898
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ölkənin Hakkari bölgəsində davam etdirdiyi antiterror əməliyyatları nəticəsində PKK-nin mövqelərinə daha bir sarsıdıcı zərbə endirilib.

TSQ-nin Baş Qərargahından yayılan məlumata görə, son günlər həyata keçirilmiş hava zərbələri ilə bölgədəki İkiyaka dağlarında PKK-ya məxsus düşərgələr, mağara və silah anbarları məhv edilib.

Hərbi Hava Qüvvələri Ağrı bölgəsində də PKK-ya məxsus 16 mağaranı yerlə yeksan edib. Bundan başqa, quruda keçirilən antiterror əməliyyatlarında terrorçulardan külli miqdarda silah və sursat, ərzaq və geyimlər ələ keçirilib

Antiterror əməliyyatları davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti