Almaniyada 700 miqrant yoxa çıxıb

Almaniyada 700 miqrant yoxa çıxıb
  26 Oktyabr 2015    Oxunub:2230
Almaniyanın Nidersaksen əyalətində yerləşən qaçqın düşərgələrinin bir neçəsindən 700-dək miqrantın yoxa çıxdığı bildirilir.

“Frankfurter Allgemeine Zeitung” bildirir ki, Almaniyanın Nidersaksen əyalətindəki sığınacaqlardan yoxsa çıxan mühacirlərin əksəriyyəti qeydiyyatdan keçməyənlərdir. Güman olunur ki, onların düşərgəndən yoxa çıxmalarına səbəb digər şəhərlərdəki qohumları ilə görüşmək, yaxud başqa Avropa ölkələrinə keçmək istəyi ola bilər.

Baş vermiş fakta bağlı müxtəlif ehtimallar irəli sürülməkdədir. Federal hökumət isə mühacirlərin itkin düşməsinə hələ ki, bir münasibət bildirməyib.

Bu arada Almaniyada miliyyətçi ekstimist dəstələrin mühacir sığınacaqlarına qarşı silahlı hücum planı hazırladıqlarına dair məlumat yayılıb.



AzVision.az “Focus Online” nəşrinə istinadən bildirir ki, alman polisi tərəfindən keçirilən əməliyyat zamanı Bamberq şəhərində ekstremistlərə aid bir neçə yaşayış evində xeyli sayda silah, güllə, 13 kq-dək partlayıcı maddə, qadağan olunmuş partlayıcı vasitələr, nasizm mahiyyətli təbliğat materialları və Hitler Almaniyasına məxsus bayraq aşkarlanıb.

Almaniyanın yüksək polis rəsmisi Verner Mikulaş açıqlmasında deyib ki, sağ sektor nümayənədələrinə əlinə keçmiş bu silah-sursat, ola bilsin ki, Şərqi Avropadan ötürülüb. Hadisə qeydə alınan şəhərin baş prokuroru Erik Olenşlager açıqlamsında bildirib ki, evlərindən silah tapılmış həmin şəxslər “Sağçılar” partiyasının (Die Rechte) üzvləridirlər və onlar əvvəlcədən həmin silahlarla Bamberqdəki qaçqın düşərgələrinin birinə qarşı hücum planı hazırlayıblar.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti