“Azərbaycana “başağrısı” yaratmaq istəyirlər” - Liberman

“Azərbaycana “başağrısı” yaratmaq istəyirlər” - Liberman
  26 Oktyabr 2015    Oxunub:2012
“Azərbaycan demokratiyanın, stabilliyin və uğurlu xarici siyasətin bariz nümunəsidir”.
AzVision.az xəbər verir ki, bu fikirləri Seçki-2015.az saytına açıqlamasında İsrailin keçmiş xarici işlər naziri, “Naş dom- İzrail” partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman deyib. O bildirib ki, müəyyən dövlətlər bu uğurlu siyasət xəttini görmək və qəbul etmək istəmirlər. Onun sözlərinə görə, Azərbaycanda bütün huquqlar təmin olunub: “Ölkənizə qarşı seçki qabağı təzyiq ikili standartlardan irəli gəlir”.

Aviqdor Liberman qeyd edib ki, İsrail dövləti də daim ikili standartlarla üzləşir və bu baxımdan da Azərbaycanın vəziyyətini yaxşı başa düşür: “Hazırda bir çox dövlətlər Azərbaycana “başağrısı” yaratmaq niyyətindədirlər. Amma əminəm ki, Azərbaycanın müdrik və uğurlu xarici siyasət xətti buna imkan verməyəcək. Çox yaxın zamanda Azərbaycana gələcəyik”, - deyə tanınmış siyasətçi vurğulayıb.

İsrailin keçmiş xarici işlər naziri Azərbaycanda keçiriləcək parlament seçkilərinin beynəlxalq tələblərə uyğun keçiriləcəyinə əminliyini bildirib. O deyib ki, əhali parlament seçkilərində sərbəst seçimini edəcək və bu seçkilərin nəticəsi Azərbaycanı tənqid edən bəzi qüvvələr üçün yaxşı dərs olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti