Berlində bomba həyəcanı
AzVision.az “Focus Online” dərgisinə istinadən bildirir ki, Berlində Yəhudi muzeyinin yaxınlığında təmir-tikinti işləri zamanı müharibə dövründən qalan 250 kiloqramlıq bomba aşkarlanıb.
Təhlükəsizliyi təmin etməkdən ötrü 11 min nəfər insan ərazidən təxliyə edilib.
Polisin verdiyi məlumata görə, hər ehtimala qarşı, yaxınlıqdan keçən nəqliyyat vasitələrinin işində də dəyişikliklər edilib.
Fərrux
AzVision.az
Teqlər: