Berlində böyük anti-ABŞ aksiyası keçirilib

Berlində böyük anti-ABŞ aksiyası keçirilib
  26 Oktyabr 2015    Oxunub:1472
İraq müharibəsindən bu yana Almaniyada ilk dəfə ABŞ-a qarşı 150 min insanın iştirakı ilə böyük bir etiraz aksiyası baş tutub.

AzVision.az-ın “Die Welt“-ə istinadən verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlin şəhərində 150 min nəfərin iştirakı ilə anti-Amerika ab-havalı etiraz aksiyası baş tutub. Etirazçılar Amerikanın transatlantik siyasətini, həmçinin Almaniyanın ABŞ və Kanada ilə birgə “TTIP” və “Ceta” adlı azad ticarət müqavilələri çərçivəsindəki əməkdaşlıqlarını sərt tənqid ediblər.

Etirazçılar Birləşmiş Ştatlara məxsus transkoorparasiya ilə Almaniyanın əməkdaşlıq etməsini istəmədiklərini bildiriblər. Onlar Avropa Birliyini bu yöndə ABŞ-la “gizli diplomatiya” adı altında yürüdən əlaqələrinə son qoymağa səsləyiblər.

Bu böyük etiraz aksiyasına 170-dək təşkilat öz dəstəyini göstərib.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti