Qəzada ölən namizəd seçicilərdən səs istədi - VİDEO

Qəzada ölən namizəd seçicilərdən səs istədi - VİDEO
  27 Oktyabr 2015    Oxunub:3085
Türkiyənin Haqq və Azadlıqlar Partiyasının sədri, deputatlığa namizəd Fəhmi Dəmirin yol qəzasında ölümündən iki saat sonra onun təbliğat çıxışı TRT kanalından efirə verilib.

Belə ki, Fəhmi Dəmirin dünyasını dəyişməsindən xəbərsiz olan telekanal onun seçicilərinə müraciətini efirə verib. Deputatlığa namizəd məlum videoçıxışında seçilərinə üz tutaraq ona səs vermələrini riza edib.

Bu hadisə Türkiyə mətbuatında və sosial şəbəkələrdə geniş əks-səda doğurub. Buna görə TRT telekanalının ünvanında kəskin iradlar səsləndirilir.

Qeyd edək ki, F.DƏmir Mersin bölgəsində düşdüyü yol qəzasında dünyasını dəyişib.




Teqlər:





Xəbər lenti