Dəhşətli zəlzələ - ölü sayı 350 oldu (YENİLƏNİB)

Dəhşətli zəlzələ - ölü sayı 350 oldu (YENİLƏNİB)
  27 Oktyabr 2015    Oxunub:3397
Ötən gün Pakistanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 350-yə çatıb.

Təbii fəlakət nəticəsində xeyli sayda insanın yaralandığı bildirilir. Xilasedicilər Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində dağılan ərazilərdə axtarış işlərinə başlaya bilməyiblər. Məhz bundan sonra zəlzələ nəticəsində ölənlərin sayının artacağı güman edilir.

Qeyt edək ki, daha əvvəl zəlzələ nəticəsində ölənlərin sayı 228 nəfərə çatdığı bildirilirdi. Pakistan mətbuatının yaydığı məlumata görə, zəlzələ nəticəsində 1200-dən çox insan yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun zəlzələ nəticəsində həlak olanların doğmalarına və əzizlərinə başsağlığı verib.

Xatırladaq ki, oktyabrın 26-da Pakistan vaxtı ilə saat 12:10-da baş verən zəlzələnin episentri Əfqanıstandakı Hindquş dağlarında 7,7 bal gücündə olub. Həmin vaxt Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda da 5 bal gücündə zəlzələ baş verib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti