`Təsəvvür edirəm, alman silahı ilə nə qədər adam öldürülür`

`Təsəvvür edirəm, alman silahı ilə nə qədər adam öldürülür`
  27 Oktyabr 2015    Oxunub:1545
Bu ilin ilk 6 ayı ərzində Almaniya silah satışından 3,5 miliyard avro gəlir əldə edib. AB və NATO çərçivəsində həyata keçirilən silah satışından əldə edilən məbləğin böyük bir qismi təyyarə və tankların Britaniyaya ixracından əldə olunub.

Almaniya İsrailə satdığı və “Tyssen Krupp” şirkətinə məxsus “Rahav” adlı sualtı qayıqlardan da böyük həmcdə gəlir əldə edib.

Federal hökumət bildirir ki, alman silahları üçüncü ölkələrə satılmamalı, xüsusən insan hüquq və azadlıqlarının pozulduğu, insanlara basqı edildiyi ölkələrə silah ixracı dayandırılmalıdır.

Almaniyanın vitse-kansleri Zigmar Qabriyel bildirib ki, Almaniya hökuməti bundan sonra NATO üzvü olmayan ölkərə silah satışını məhdudlaşdıracaq.

Fakta Almaniyanın siyasi partiyaları da reaksiya veriblər. “Die Linken” (Solçular) partiyasının xarici siyasət üzrə rəsmisi Yan van Aken bildirib ki, Almaniyanın Səudiyyə Ərəbistanına satdığı silahlarla rəsmi Ər-Riyad Yəməndə müharibə aparır. “Mən təsəvvür edirəm, alman silahları ilə hazırda həmin bölgədə nə qədər insan öldürülür”,- deyə partiya rəsmisi vurğulayıb.

“Die Grünen” (Yaşıllar) partiyasının hərbi müdafiə məsələləri üzrə eksperti Agniyezka Brugger isə açıqlamasına deyib ki, “Vitse-kansler Zigmar Gabriyel yaxşı olardı ki, vəzifəsinə gəldiyi ilk illərə nəzər salsın. O zaman Almaniya NATO və AB üzvlərindən başqa, 3-cü dünya ölkələrinə silah satışını azaltmışdı”.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti