`Türkiyə Yaxın Şərqdə çox səhvlər edib` - Cüneyt Ülsever

`Türkiyə Yaxın Şərqdə çox səhvlər edib` - Cüneyt Ülsever
  27 Oktyabr 2015    Oxunub:2449
Türkiyənin nüfuzlu xəbər resurslarından olan `Oda TV` saytının yazarı, Şərq siyasəti üzrə ekspert Cüneyt Ülsever AzVision.az-a müsahibəsində Ankaranın yürütdüyü siyasətin bəzi məqamlarına aydınlıq gətirib.

- Türkiyədəki son hadisələri necə dəyərləndirisiniz? Öncə Suruç qətliamı və ardından Ankara terror hadisəsi baş verdi. Bunların nəyin əlamətidir?


- Türkiyənin indiki halda haraya getdiyini məncə, heç kəs bilmir. Mənə elə gəlir ki, bir çox yanlış politikalar artıq nəzarətdən çıxmış durumdadır. Hökümət kürd məsələsində, Ortadoğu siyasətində yanlış addımlar atır. Məsələn, “nə olursa-olsun, Əsəd getməlidir” siyasəti üzündən Türkiyə sünni olduğu üçün İŞİD və bənzəri terror qruplarına yardım etdi. Türkiyənin Suriya ilə sərhədi elə hala gəlib ki, bizdən İŞİD-ə qatılmaq istəyənlər rahatlıqla Suriyaya keçə bilirlər.

- Əgər Türkiyə hökuməti Əsəd hakimiyyətilə baş-başa gəlməsəydi, Türkiyənin və bölgənin durumu necə olardı?

- `Yeni Osmanlı` xəyalına girməsəydi, məncə, Türkiyə üçün hər şey yaxşı olardı. Əgər Türkiyə Suriya hakimiyyətinə dəstək verəsydi, Şərqdə Suriyaya `böyük qardaşlıq` etsəydi, bölgə bu halda olmazdı. Şərqdəki problemlərlə bağlı Amerika, İngiltərə, Rusiya öncə Türkiyə ilə məsləhətləşərdilər. Turqut Özal dönəmində İraq hadisələrilə bağlı Amerika həmişə Türkiyə höküməti ilə danışırdı. Amma Özal heç zaman Səddam Hüseynə qarşı açıq düşmənçilik etmədi. Bizsə öncə Əsədə “qardaşımız” dedik, Türkiyədə qəbul etdik, amma sonra onu Amerika ilə qarşı-qarşıya qoyduq. Rusiya faktorunu isə nəzərə almadıq. Rusiyanın Aralıq dənizinə açılan tək nəfəs borusunun Suriya olduğunu, burada möhkəmlənəcəyini və Əsəd ailəsindən vaz keçməyəcəyini sanki bilmirdik. Və xaosun içinə düşdük. Hökumət yanlış kürd siyasəti üzündən Türkiyəni Şərqdə təkləşdirdi. Davudoğlunun “qonşularla sıfır problem” siyasəti “sıfır qonşu” siyasətinə döndü.

- Hökumət faktiki qurulmaqda olan Kürd dövlətini necə qarşılayacaq?

- Türkiyə onsuz da Şimali İraq Kürd Bölgəsini “qırmızı çizgi” elan edib. Bərzani (ŞİKB) ilə dost olaraq, Bağdad hökumətinə qarşı çıxmış oldu.Türkiyəyə problem olan Şimali Suriyanın çox hissəni əhatə edən PYD-dir. PYD əgər güvənli bölgə (Kanton) yaradarsa, bu, Türkiyənin cənub-şərqinə də bulaşar və böyük problem olar.

- Sizcə Rusiya Şərqin baş bəlası olan İŞİD və bənzəri terror qruplarını məhv etməklə nəyə nail olmaq istəyir?

-Rusiya Suriyada Lazkiyə ərazisində özünü gücləndirir. Düzdür, bölgədə problem olan terror qruplarını məhv edir. Amma Rusiyanın başlıca düşməni İŞİD-dir. Sonra sıra Suriyanı qoruyub saxlamaqdır.

Seymur Süleymanov
AzVision.az üçün


Teqlər:





Xəbər lenti