`Gülsatan oğlan`, yaxud təşvişi kimlər yaradır?

`Gülsatan oğlan`, yaxud təşvişi kimlər yaradır?
  12 Yanvar 2016    Oxunub:3742
...Əlində gül buketi olan oğlan gəlib qapının zəngini döyür, bir az gözləyir, sonra da gedir... Bu virus videosu facebook-da sürətlə yayılmaqdadır. Heç kim düz-əməlli bilmir ki, kadrda görünən mənzərə nədir, harada baş verib. Amma hər kəs qorxuya düşməyə başlayıb. Niyə?

Son günlərdə Azərbaycanda sosial şəbəkələrdə yeni informasiya təxribatı növü geniş yayılıb. Bəzu radikal səhifələr və qruplar guya ölkədə cinayətkarlığın artması haqda informasiyalar, video və şəkillər yayayraq, ictimai rəyi çaşdırmağa, insanlar arasında təşviş yaratmağa çalışırlar.

...Yaxud, başqa video: Qapının gözlüyündən baxan qadın görür ki, o üzdə kimsə var. Bu, kim ola? Oğru! Özü də adi oğru yox, yeni növ oğru! Hamısı manatın ucuzlaşmasından sonra meydana çıxıblar və nəyə görəsə hamısı da dərhal kameraya düşürlər.

Qarışıqlıq yaratmağa çalışanlar iddia edirlər ki, guya manatın məzənnəsi dəyişəndən sonra ölkədə kriminogen durum pisləşib və bunu “sübut edən” vidogörüntülər təqdim edirlər. Ancaq reallıq budur ki, bu videoların əksəriyyəti heç nə ifadə etmir. Oğruları belə asanlıqla çəkmək olsaydı, dünya çoxdan düzəlmişdi...

Bu video və xəbərləri yayanlar, sadəcə, cəmiyyətdə olan iqtisadi narahatçılığı sosial gərginliyə çevirməyə çalışırlar. Bu isə yolverilməzdir.

Eyni məzmunlu çağırışlar, şəkillər və videolar WhatsApp messenceri vasitəsilə də yaylır. Qeyd edək ki, belə metodlardan vaxtilə Qazaxıstanda, Rusiyada və Türkiyədə də istifadə edilib.

Əlbəttə, bütün hallarda vətəndaşlar diqqətli və sayıq olmalıdırlar. Oğrular da, cibgirlər də hər dövrdə olur. Amma bunu məhz manatın düşməsilə bağlamaq sadəcə olaraq, spekulyasiyadır.

Məsələ ilə bağlı danışan internet-media eksperti Səbuhi Abbasov bildirib ki, həmin qruplar sadəcə, Azərbaycanda söz, media və internet azadlığının yüksək səviyyədə olmasından faydalanırlar: “Həm internet media qurumları, həm də sosial medianın aktiv iştirakçıları bu mövzuda həssas olmalı, cəmiyyətdə xaos, qorxu yarada biləcək təxribatlardan uzaq durmalıdırlar”.

Xatırladaq ki, məsələyə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov münasibət bildirib. O qeyd edib ki, vətəndaş qapıdöymə və ya hər hansı üsulla evə girmə bəhanəsi ilə kimdənsə şübhələnirsə, dərhal Daxil İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə zəng vurmalıdır.

Elvin Abdulqədirov


Teqlər:





Xəbər lenti