ABŞ-da atışma - Konqresin binası bağlandı

ABŞ-da atışma - Konqresin binası bağlandı
  29 Mart 2016    Oxunub:2652
ABŞ-da parlament binasının (Konqres) yaxınlığında atışma olub.
AzVision.az Reuters-ə istinadən xəbər verir ki, insident Vaşinqtondakı Kapitolidə baş verib.

Kapitoli binasının giriş və çıxış bağlanıb. Ərazi polis tərəfindən əhatəyə alınıb, Konqresin binası bağlanıb.

Atışma zamanı bir polis əməkdaşının yaralandığı bildirilir. İlkin məlumata görı, atəş açan şəxs poli əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Martın 28-də Ağ ev və ABŞ Konqresi binasının ətrafında yollar bağlanıb və bir neçə saat ərzində əraziyə giriş qadağan edilib.

Yerli xəbər agentliklərinin məlumatına görə, buna ABŞ Konqresi binasının turizm mərkəzində baş verən atışma səbəb olub. İlkin xəbərə görə, atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib. Atışma nəticəsində bir qadın yüngül yaralanıb.

Xəsarət alan şəxsin vəziyyəti barədə hələlik dəqiq məlumat yoxdur. Təxminən eyni vaxtda polis Ağ evin hasarı ətrafında daha bir nəfəri həbs edib. Dərhal polis tərəfindən Ağ ev və Konqresin binası əhatəyə alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti