`Neftin qiymətinin yüksəlməsinə çalışmırıq` – Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanını Doha görüşündə təmsil edən şahzadə Məhəmməd bin Salman jurnalistlərə müsahibəsində deyib: “... biz neftin qiymətinin yüksəlməsinə çalışmırıq. Bu problem iqtisadiyyatı neftdən asılı olan dövlətlərin problemidir. Bunun bizə aidiyyəti yoxdur. Bizim dövlət proqramında neftin qiymətinin yüksəldilməsi nəzərdə tutulmayıb”.
Şahzadə onu da vurğulayıb ki, əgər OPEC-ə üzv olan bütün ölkələr, ilk növbədə, İran hasilatı “dondurmağa” razılıq versə, onda Səudiyyə Ərəbistanı da bu təşəbbüsə qoşular.
Səudiyyə Ərəbistanının belə mövqe nümayiş etdirməsi müzakirələrin uzanmasına səbəb olub. (azərtac)
AzVision.az
Teqlər: