Beynəlxalq Bank birləşdiriləcək? - Açıqlama

Beynəlxalq Bank birləşdiriləcək? - Açıqlama
  22 Aprel 2016    Oxunub:2613
Azərbaycan Beynəlxalq Bankı (ABB) "Bank Standard" ilə birləşməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
ABB-nin mətbuat katibi Yadigar Cəfərli bu məlumatı təkzib edib. O, AzVision.az-a Azərbaycan Beynəlxalq Bankı və "Bank Standard"ın birləşməsi ilə bağlı hər hansı danışıqların aparılmadığını bildirib.

Qeyd edək ki, dünən bank bazarındakı mənbəyə istinadən bu iki bankın birləşməsi istiqamətində danışıqların aparılması, hələlik heç bir razılaşmanın əldə olunmaması, lakin birləşmə məsələsinin aprelin sonunadək həll olunacağı barədə xəbər yayılmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti