ANAMA 763 ədəd hərbi sursat və 6 mina aşkar edib

ANAMA 763 ədəd hərbi sursat və 6 mina aşkar edib
  24 Aprel 2016    Oxunub:2114
Aprelin 23-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən tərəfindən Zərdab, Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, hesabat aşağıdakı kimidir:

Zərdab rayonu

Körpükənd kəndi - 22 aprel 2016-cı il tarixdə saat 20:02-də Zərdab rayon polis şöbəsinin rəisi tərəfindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə zəng edərək Zərdab rayonu Körpü kəndi ərazisində 1 (bir) ədəd tank əleyhinə mina aşkar olunması barədə məlumat verilmişdir. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmiş və sel suları vasitəsilə sahilə çıxan 1 (bir) ədəd taktiki siqnal minası aşkar olunmuşdur. Tapılan minanın ətrafı işarələnmiş və yerli polislər tərəfindən mühafizəsi təşkil olunmuşdur. Axşam olduğunu (havanın qaranlıq olması) nəzərə alaraq minanın zərərsizləşdirilməsi 23 aprel 2016-cı il tarixdə yerində partlayış yolu ilə məhv edilib.

Cəmi: 1 ədəd taktiki siqnal minası məhv edilib.

Tərtər rayonu

Qaradağlı kəndi - 3 ev və həyətyanı sahələrdə 5 partlayış yerinə baxış keçirilmiş, partlamış sursat aşkar edilmiş və 15 100 kv.m. ərazi yoxlanılıb.

Qapanlı kəndi - 3 ev və həyətyanı sahələrdə 5 partlayış yerinə baxış keçirilmişdir. 1 ədəd əkin sahəsində 3 ədəd Qrad mərmisinin partlamış hissələri aşkar edilmiş, 14 500 kv.m. ərazi yoxlanılıb.

Cəmi: 6 ev və həyətyanı sahə, 10 partlayış yeri, 3 ədəd partlamamış qrad mərmisinin hissələri aşkar edilmiş və 29 600 kv.m. ərazi yoxlanılıb.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi - 4 ev və həyətyanı sahələrdə 14 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat aşkar edilməmiş və nəticə etibarlı ilə 1 295 kv.m ərazi yoxlanılıb.

Cəmi: 4 ev və həyətyanı sahə, 14 partlayış yeri, və 1 295 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Alıxanlı kəndi - 5 ev və həyətyanı sahədə, 1 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilmiş və partlamamış hərbi sursat aşkar edilməmişdir. Nəticə etibarlı ilə 14 800 kv.m ərazi yoxlanılıb.

Cəmi: 6 partlayış yeri və 14 800 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Əfətli kəndi - sel suları ilə Qar-Qar çayı vasitəsilə 2 ədəd piyada əleyhinə minanın əkin ərazisinə gəlməsi barədə yerli sakinlər Agdam Rayon Polis Şöbəsinə 23.04.2016-cı il tarixində məlumat vermişlər. Agentliyin mütəxəssisləri dərhal həmin əraziyə gedərək aşkar olunan minanın ətrafında təlükəsizlik tədbirləri görmüşlər. Günün sonu olduğu üçün minalar sabah (24.04.2016) partlayış yolu ilə məhv edilib.

Cəmi: 2 ədəd Piyada əleyhinə mina işarələnib

Samux rayonu

Kolayır kəndi- Samux Rayon Polis Şöbəsi tərəfindən 21.04.2016-cı il tarixində kənd sakininin otlaq sahəsində aviabomba aşkar etdiyi barədə məlumat daxil olmuşdur. Agentliyin mütəxəssisləri həmin ərazidə 2 gün ərzində 3 ədəd aviabomba (OFAB-50 partlayış dalğalı və qəlpəli aviabomba) və 618 ədəd (onlardan 126 ədədi fosfor tərkibli yandırıcı patronlar) 12.7 mm kiçik kalibrli sursatlar aşkar edilib.

Cəmi: 3 ədəd OFAB-50 aviabomba, 618 ədəd 12.7 mm-lik kiçik çaplı mərmilərdir.

23 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 15 ev, 624 ədəd partlamamış hərbi sursat (bunlardan 618 ədəd 12.7 mm-lik kiçik çaplı mərmilərdir) aşkar edilmiş, 30 partlayış yeri, 4 əkin sahəsi və 45 695 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, Agentlik tərəfindən 7-23 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 325 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma və 4 əkin sahələrinə baxış keçirilmiş və 763 ədəd partlamamış hərbi sursat və 6 (altı) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti