Nazir supermarket rəhbərlərinə cavab verdi

Nazir supermarket rəhbərlərinə cavab verdi
  25 Aprel 2016    Oxunub:3319
Bu günlərdə Azərbaycanın iri supermarketlər şəbəkələri rəhbərlərinin iqtisadiyyat nazirinə ünvanladığı birgə müraciət bir sıra qanunvercilik məsələləri ilə bağlı olub.
AzVision.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev iş adamlarının quruma müraciəti ilə bağlı məsələni şərh edərkən bildirib.

Ş.Mustafayevin sözlərinə görə, hazırda müvafiq məsələyə Vergilər Nazirliyi ilə birgə baxılır: “Konkret olaraq supermarketlərin rəhbərləri kənd təsərrüfatı məhsullarının satışı zamanı mərhələlərlə vergiyə cəlb olunması ilə bağlı bəzi probemləri qaldırmışdılar. Hazırda biz bu məsələni nəzərdən keçiririk”.

AzVision.az


Teqlər:  





Xəbər lenti