Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
  28 Aprel 2016    Oxunub:1670
Dünya birjalarında neftin qiymətində cüzi ucuzlaşma olub.
AzVision.az xəbər verir ki, ötən gün 47.26 dollar həddinə çatan “Brent” markalı neftin bir barelinin qiyməti hazırda 47,03 dollardır.

“Texas” markalı neftin bir barelinin qiyməti axşam 45.45 dollar həddinə çatsa da hazırda bu rəqəm 45,18 dollardır.

Azərbaycan nefti isə bahalaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,51 dollar və ya 1,11% artaraq 46,56 dollar təşkil edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti