Neft Fondu prezidentə hesabat verəcək

Neft Fondu prezidentə hesabat verəcək
  03 May 2016    Oxunub:1758
Bu gün Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.
ARDNF-dən verilən məlumata görə, fondun Müşahidə Şurası ARDNF-nin İcraçı direktorunun təqdim etdiyi Fondun 2015-ci ildə fəaliyyəti haqqında illik hesabatını, 2015-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib və ARDNF-nin 2015-ci il üzrə büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunması barədə qərar qəbul edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti