Cəbhəboyu rayonlar minalardan təmizlənir
Tərtər rayonu
Qarağacı kəndi – 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 12 000 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.
Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 3 500 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.
Azadqaraqoyunlu kəndi – 4 əkin sahəsində, 4 partlayış yerinə baxış keçirilib, 720 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.
Şıxarx kəndi - 1 ev və həyətyanı sahə, 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd OF-412 markalı 100 mm-lik partlamamış top mərmisi götürülüb və 3 000 kv.m. ərazi yoxlanılıb (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)
Qaynaq kəndi - 1 ev və həyətyanı sahə, 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. (DİN-nin “102” Xidməti-Zəng mərkəzinin məlumatı)
Cəmi: 7 ev və həyətyanı sahə, 4 əkin sahəsinə baxış keçirilib, 3 partlayış yeri aşkar edilib. Nəticədə 13 partlayış yeri aşkar edilib, 19 220 kv. m ərazi təmizlənib və 1 ədəd OF-412 markalı 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb.
Ağcabədi rayonu
Qaraxanlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 6 000 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.
Cəmi: 3 ev və həyətyanı sahə, 3 partlayış yeri aşkar edilmiş, 6 000 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.
3 May 2016-cı il tarixində Agentlik tərəfindən 10 ev, 4 əkin sahəsi, 16 partlayış yeri yoxlanılıb, 1 ədəd OF-412 markalı 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb, 25 220 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 3 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad və Ucar rayonlarında 410 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 2 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 304 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
AzVision.az
Teqlər: