Neftimiz iki dollar ucuzlaşdı

Neftimiz iki dollar ucuzlaşdı
  04 May 2016    Oxunub:1424
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,13 dollar yaxud 4,44% ucuzlaşıb.
AzVision.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,81 dollara bərabərdir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar azalaraq 43,61 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar azalaraq 44,89 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti