94 yaşlı qəhrəman cəbhədə döyüşmək istəyir - VİDEO

94 yaşlı qəhrəman cəbhədə döyüşmək istəyir - VİDEO
  09 May 2016    Oxunub:2227
1941-45-ci illərdə alman faşistlərinə qarşı müharibəyə Azərbaycandan 350 mindən artıq insan yola salınıb. Onların böyük əksəriyyəti Böyük Vətən Müharibəsindən qayıtmadı. Ancaq onların sırasında ağır döyüş yolu keçərək vətənə qayıtmağa bacaran gəncəli Tofiq Hüseynov bu gün faşizm üzərində qələbənin 71-ci illiyini qeyd etdi.
9 may Qələbə Günü münasibəti ilə Böyük Vətən Müharibəsi iştirakçısı olan 95 yaşlı Tofiq Hüseynovun evinə onu ziyarət etməyə gəldik. Qafqazdan Avropaya qədər şərəfli döyüş yolu keçən veteranın özü bu haqda danışacaq.

1941-ci ildə 18 yaşı olanda Qori şəhərində hərbi təlimlərə qatılan Tofiq Hüseynov Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayır. At belində Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərir. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub.

Tofiq Hüseynov - veteran: "Bizim hərbi hissə Rumıniyanın, Çexoslovakiyanın, Yuqoslaviyanın, Avstriyanın işğalçılardan azad olunmasında xüsusi iştirak edib. Qələbəni 1945-ci ildə Avstriyanın mərkəzi Vyana şəhərində bayram etdik".

Vyana həm də Tofiq Hüseynovun xatirələri ilə vidalaşdığı şəhərdir. Müharibə dövründə çəkdirdiyi şəkilləri Vyanadakı hərbi hissədə əşyaları ilə birlikdə itirib.

Tofiq Hüseynov: "Bizim hərbi hissə Rumıniyanın, Çexoslovakiyanın, Yuqoslaviyanın, Avstriyanın işğalçılardan azad olunmasında xüsusi iştirak edib. Qələbəni 1945-ci ildə Avstriyanın mərkəzi Vyana şəhərində bayram etdik".

95 yaşlı müharibə veteranı bu gün də özünü gümrah hiss edir və sağlamlığından heç də gileylənmir. 2 oğlu və nəvələri olmasına baxmayaraq, o tək yaşamağı xoşlayır. Bu da səbəbsiz deyil.

1989-cu ildə ömür-gün yoldaşını itirən qocaman veteran bu günə kimi məişət qayğılarını özü qarşılayır və bundan da məmnun görünür.

71 ildir veteran şəxsi sücaəti və qəhrəmanlığı bahasına qazandığı medallarını göz bəbəyi kimi qoruyur. Hər ilin 9 May günü medallarla bəzədilən kostyumunu geyinən Tofiq Hüseynov bu gün də şəhərin Xan Bağında Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun qəbri önündə keçirilən tədbirdə iştirak edib. Arzusu isə müstəqil Azərbaycanın zəfər bayramında iştirakdır. (Region TV)



AzVision.az


Teqlər:





Xəbər lenti