`Azərbaycanın yaxşı pul krediti siyasəti var` - Baş bankir
Onun sözlərinə görə, bu kreditlərin əhəmiyyətli hissəsi dövlət zəmanəti ilə verilib: “Bu kreditlər əsasən sosial əhəmiyyətli layihələr üçün verilən kreditlərdir”.
E.Rüstəmov həmçinin bildirib ki, Mərkəzi Bank pul siyasətini lazım gəldikdə korrektə edə bilir: “Bu gün Azərbaycanın çox yaxşı pul krediti siyasəti var. Makroiqtisadi göstəricilərimiz yaxşıdır. Bu siyasət büdcə vergi siyasətinin əsas daşıyıcısı olan Maliyyə Nazirliyi ilə yaxşı koordinasiya olunub. Üzən məzənnə siyasətinə keçəndən sonra Mərkəzi Bankın əsas siyasəti pul kütləsinin proqnozlaşdırılmasıdır”.
E.Rüstəmov deyib ki, bu tənzimlənmə pul kütləsinə və inflyasiyaya nəzarət etməyə imkan verir. “Pul proqramı da razılaşdırılıb. Bizim çox aydın hədəflərimiz var”.
Anar Kəlbiyev
AzVision.az