Valyuta ehtiyatlarımız xarici borcdan 5 dəfə çoxdur

Valyuta ehtiyatlarımız xarici borcdan 5 dəfə çoxdur
  14 May 2016    Oxunub:1796
2016-cı ilin I rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 25 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 5 dəfə üstələyib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının pul siyasəti icmalında deyilir.

İcmalda qeyd olunur ki, hesabat dövründə ölkənin strateji valyuta ehtiyatları zəruri həcmdə qorunub.

Ölkənin aprelin 1-nə olan strateji valyuta ehtiyatları 38 milyard dolları ötür. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 34,25 milyard dollar təşkil edir. Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları isə 4065,8 milyon dollardır.

İlkin rəqəmlərə əsasən, 2016-cı ilin I rübündə ölkəyə daxil olan pul baratları 173,5 milyon ABŞ dolları təşkil edib.

İcmalda bildirilir: "Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2016-cı ilin I rübündə 2 milyard manat ekvivalentində olub ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 68,7%-ni təşkil edir".

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malaziya, İran və İsveç sərmayədarlarına məxsus olub.


Teqlər:





Xəbər lenti