"Ukrayna ilin sonuna qədər müharibəni uduzacaq"

   "Ukrayna ilin sonuna qədər müharibəni uduzacaq"
  19 Aprel 2024    Oxunub:661
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns cümə axşamı ABŞ konqresmenlərinə xəbərdarlıq edib ki, onlar Ukraynaya yardımı indi təsdiq etməsələr, Kiyev ilin sonuna qədər müharibəni uduzacaq.
AzVision.az xəbər verir ki, Burns Konqresi Ukraynaya milyardlarla hərbi dəstək verəcək əlavə qanunlar qəbul etməyə çağırıb.

Onun sözlərinə görə, əgər Konqres yardım etməsə, vəziyyət daha pis olacaq.

Zelenski daha əvvəl də etiraf etmişdi ki, Ukrayna ABŞ-ın köməyi olmadan öz briqadalarını silahlandıra bilməyəcək.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti