Azərbaycanda 40 mindən çox onkoloji xəstə var

Azərbaycanda 40 mindən çox onkoloji xəstə var
  26 Sentyabr 2016    Oxunub:2583
Azərbaycanda 2015-ci ildə 40 653 nəfər onkoloji xəstəliklər üzrə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, ötən il 10 183 nəfərə ilk dəfə bədxassəli şişə yoluxması haqda diaqnoz qoyulub.

Onlardan 188 nəfəri ağız boşluğunun və udlağın, 21 nəfəri dodaqların, 366 nəfəri qida borusunun, 1 066 nəfəri mədənin, 482 nəfəri düz bağırsağın, siqmaya bənzər hissənin, anusun, 217 nəfəri qırtlağın, traxeya, bronx, 1 147 nəfəri ağciyərin, 1 693 nəfəri süd vəzisinin, 52 nəfər dərinin melanomasının onkoloji xəstəliklərinə yoluxub.

Ötən ilk dəfə onkoloji xəstəliklərə yoluuxanlardan 4 967 nəfəri kişi, 5 216 nəfəri qadındır. Onlardan 0-13 yaş qrupunda 13 nəfər, 14-17 yaş qrupunda 24 nəfər, 18-29 yaş qrupunda 289 nəfər, 30-34 yaş qrupunda 241 nəfər, 35-39 yaş qrupunda 358 nəfər, 40-59 yaş qrupunda 4 891 nəfər, 60 və yuxarı yaş qrupunda 4 267 nəfər ilk dəfə bədxassəli şişlərlə xəstələnib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti