Bu universitetlərin tələbələrinə də kredit veriləcək

Bu universitetlərin tələbələrinə də kredit veriləcək
  02 Oktyabr 2016    Oxunub:1459
"Maarifçi" Tələbə Kredit Fonduna təzə qoşulan Lənkəran Dövlət Universiteti və Xəzər Universitetində Fond üçün 10 tələbə yeri ayrılıb.
Bu barədə AzVision.az-a "Maarifçi" Tələbə Kredit Fondundan məlumat verilib.

Məlumatda bildirilib ki, Lənkəran Dövlət Universiteti və Xəzər Universiteti ilə "Maarifçi" Tələbə Kredit Fondu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb və Fond artıq 12 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

Hal-hazırda Fonda tərəfdaşlıq üçün müraciət edən yeni universitet yoxdur. Gələcəkdə bu siyahıda mülkiyyətindən asılı olmayaraq, digər universitetlər də ola bilər.

Fondan 12 təhsil müəssisəsi əsasında tələbələrə növbəti kreditlərin verilməsi ilə bağlı elanın artıq başlanıldığı qeyd edilib.

İkinci elan sessiyası 01-31 oktyabr 2016-cı il tarixində başlayacaq. Bu elan sessiyası 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti