Tovuzda qonaqlıqda kütləvi zəhərlənmə

Tovuzda qonaqlıqda kütləvi zəhərlənmə
  05 Oktyabr 2016    Oxunub:1715
Tovuzda altı nəfər qidadan zəhərlənib.
Məlumata görə, zəhərlənmə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Kənd sakinlərin birinin evində təşkil olunan qonaqlıqda iştirak edənlər yemək yedikdən sonra zəhərlənmə əlamətini hiss edərək, Tovuz mərkəzi rayon xəstəxanasına müraciət ediblər.

Onlardan 6 nəfərin vəziyyəti orta ağır olduğuna görə xəstəxanaya yerləşdiriliblər. Zəhərlənənlər 2003-cü il təvəllüdlü Əfsanə Yusibova, 1991-ci il təvəllüdlü Ədalət Həsənov, 1998-ci il təvəllüdlü Şəhla Yusibova, 2008-ci il Xəyal Həsənov, 1996-cı il təvəllüdlü Əli Abbasov və 2007-ci il təvəllüdlü Zöhrə Xəlilovadır.

Xəstəxanaya müraciət edənlərin sayının artacağı ehtimal edilir.

İlkin məlumata görə zəhərlənmə mis qazanda saxlanılan ətdən baş verib. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti