`Əmin olun ki, biz Azərbaycanın yanındayıq` - Kitaroviç

`Əmin olun ki, biz Azərbaycanın yanındayıq` - Kitaroviç
  25 Oktyabr 2016    Oxunub:2365
Xorvatiya Azərbaycanı Qafqaz regionunda və eyni zamanda, Avropa, Avratlantika və qlobal təhlükəsizlik məsələləri üzrə önəmli tərəfdaş hesab edir.
Bu fikirləri Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından onun və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə verilmiş rəsmi ziyafətdə bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Xorvatiya dövlətinin başçısı deyib: “Biz Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Sizin göstərdiyiniz səylərə dəstək olmağa davam edəcəyik və bu məsələdə Sizə uğurlar arzu edirəm. Hamımız sülh razılaşmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Minsk qrupunun fəaliyyətinə əsaslanacağına ümid edirik”.

“Biz, həmçinin Avropa İttifaqında da sizin yanınızda olacağıq. Sizi yenə də əmin etmək istəyirəm ki, həm NATO-da, həm də Avropa İttifaqında dostunuz var. Biz strateji tərəfdaşlıq razılaşmasının məqsədyönlü və həqiqətən də strateji olması üçün fəal çalışacağıq”, - deyə Prezident Kolinda Qrabar-Kitaroviç bildirib.


Teqlər:  





Xəbər lenti