Əmək müqavilələri ilə bağlı şərtlər dəyişir

Əmək müqavilələri ilə bağlı şərtlər dəyişir
  12 May 2017    Oxunub:2172
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi müzakirə olunub.
AzVision.az-ın məlumatına görə, dəyişiklik barədə komitə sədri Hadı Rəcəbli məlumat verib.

Məcəllənin 45-ci (Əmək müqaviləsinin müddəti) maddəsində edilən dəyişikliyə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır.

Hazırkı varianta görə isə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Komitə  





Xəbər lenti