Vasif Talıbov ATƏT müşahidə missiyasının üzvləri ilə görüşüb

Vasif Talıbov ATƏT müşahidə missiyasının üzvləri ilə görüşüb
  20 Mart 2018    Oxunub:1250
Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gəlmiş missiyasının muxtar respublikada fəaliyyət göstərəcək müşahidəçiləri Filipo Ristoldo və Risto Hurme ilə görüşüb.
AzVision.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətinə istinadən bildirir ki, səmimi qəbula görə minnətdarlıq edən Filipo Ristoldo və Risto Hurme Novruz bayramı ərəfəsində muxtar respublikada olmaqdan məmnunluqlarını bildiriblər. Müşahidəçilər seçki kampaniyasını və səsvermə prosesini yaxından izləyəcəklərini bildirib, fəaliyyət istiqamətləri barədə məlumat veriblər.

Ali Məclisin sədri muxtar respublikada seçki prosesinə hazırlıq işlərini diqqətə çatdırıb, beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib. Seçki müşahidələrinin qanunvericiliyin tələblərinə uyğun aparılacağına əminliyini bildirən Ali Məclisin sədri qonaqlara fəaliyyətlərində uğurlar arzulayıb.

AzVision.az


Teqlər: Naxçıvan   Vasif-Talıbov   ATƏT   Seçki  





Xəbər lenti