Cəlilabadda ağır yol qəzası: Ölən və yaralılar var
Kartofla dolu “Qazel” markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerinə cəlb olunmuş Cəlilabad və Biləsuvar "təcili yardım" maşınları ilə yaralılardan biri Cəlilabad, digər 3 nəfər isə Biləsuvar Mərkəzi Rayon xəstəxanalarına çatdırılıb.
İlkin məlumata görə, Cəlilabad xəstəxanasına aparılan yaralı yolda dünyasını dəyişib. Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. (Report)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


