Bakıdan Tivata birbaşa uçuşlar başlayır

Bakıdan Tivata birbaşa uçuşlar başlayır
  30 Aprel 2018    Oxunub:1445
Aprelin 30-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısının “www.azal.az” saytında Monteneqronun məşhur kurortu Tivata həyata keçirilən reyslərə aviabilet əldə etmək olar.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, AZAL aviaşirkəti tərəfindən “Pasha Travel” şirkəti ilə çarter proqramı çərçivəsində həyata keçirilən birbaşa aviareyslər yay uçuş qrafiki üzrə iyulun 5-dən sentyabrın 15-dək həyata keçiriləcək.

Reyslər komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.

Tivat — Monteneqronun Vrmas yarımadasında Kotor körfəzinin sahilində yerləşən müasir kurort şəhəridir. Mülayim iqlimi, gözəl çimərlikləri və rahat yerləşməsi hər il çoxlu turist cəlb edir. Tivatda infrastruktur yaxşı inkişaf edib, yerli limanının saysız-hesabsız balıq restoranları və kafeləri bütün dünyadan qurmanların zövqüncə olacaq. Şəhər parkı nadir bitkilərlə zəngindir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) telefon nömrələri ilə AZAL-ın Çağrı Mərkəzi və [email protected] elektron ünvanı ilə əlaqə saxlamaq olar.

Həmçinin (+99412) 404 10 90 telefon nömrələri və [email protected] elektron ünvanı ilə “Pasha Travel” turizm agentliyinə müraciət etmək mümkündür.

AzVision.az


Teqlər: AZAL  





Xəbər lenti