DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan
AzVision.az-a verilən məlumata görə, ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini əvvəllər məhkum olunmuş Teyub Tağıyev saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 ədəd bükümdə ümumi çəkisi 36,136 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb. Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.
AzVision.az