Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan
AzVision.az-a verilən məlumata görə, mayın 3-də Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çinarlı kəndində yaşayan Anar Əliyevin evindən 2 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
AzVision.az