Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə mayın 5-dən 18-dək olan müddətdə Neftçilər prospektində yerləşən ticarət mərkəzlərinin birindəki marketdən 715 manat dəyərində spirtli içkilərin oğurlanması barədə müraciət daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Seymur Rzayev və Vahid Cəfərzadə olduqları məlum olub. Faktla bağlı araşdırma aparılır.