Xaçmazdakı dəhşətli qətlin üstü açıldı

Xaçmazdakı dəhşətli qətlin üstü açıldı
  11 İyun 2018    Oxunub:1238
Xaçmazda qətl hadisəsi törədilib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Xaçmaz rayon sakini Şahin İmanov iyunun 11-də Rayon Polis Şöbəsinə könüllü gələrək tanışı Elbrus ilə birlikdə 10 gün əvvəl Mirzağa adlı şəxsi qətlə yetirdikdən sonra rayonun Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırdıqlarını bildirib.

Məlumatla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti